Votsap tərtibatçıları messencerdəki avtomatik silinən mesajlar funksiyasını təkmilləşdirməyə davam edirlər.
Xeberler.az bildirir ki, Votsapda bu funksiya 2020-ci ildə istifadəyə verilmişdi və onun vasitəsilə açılmış çatlardakı mesajlar təyin edilmiş müəyyən vaxtdan sonra avtomatik olaraq silinirlər. İstifadəçilər öz istəklərinə uyğun olaraq mesajların silinmələri üçün 24 saat, 1 həftə və 90 gün zaman təyin edə bilərlər.
İndi isə messencer daxilində avtomatik olaraq silinən bəzi mesajların yaddaşda saxlanması funksiyasının sınaqlarına başlanılıb. Bu xüsusilə kimsə tərəfindən sizə vacib məlumat göndərildiyi zaman faydalı olacaq. Nəticədə istifadəçi bu cür vacib mesajların avtomatik silinmələrinin qarşısını alacaq və onlardan yararlana biləcək. Yaddaşda saxlanılan bu cür mesajlar messencer daxilindəki xüsusi bölmədə yerləşəcəklər.
Qeyd edək ki, yeni funksiyanın stabil Votsap versiyalarında nə zaman aktiv ediləcəyi barəsində bir məlumat yoxdur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri